hemle

Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident

Tarix:23-11-2022, 09:53
Baxış Sayı:154

Bakının Binə qəsəbəsində yerləşən şadlıq sarayında keçirilən toy mərasimində insident baş verib.

Hadisə noyabrın 19-da, axşam saat 22 radələrində qeydə alınıb. Qəsəbədəki şadlıq evində keçirilən toy mərasimi zamanı 2 nəfər mərasimə müdaxilə edib. Belə ki, 1995-ci il təvəllüdlü V.Abdullayev və həmyaşıdı N.Quliyev masaları çevirərək qab-qacaqları sındırmağa başlayıblar. Onların bu əməlindən sonra toy vaxtından əvvəl başa çatdırılıb.

Şadlıq evinin sahibi, 1971-ci il təvəllüdlü X.Baxşıyev baş vermiş hadisə və ona dəymiş ziyanla bağlı ərazi üzrə polis şöbəsinə müraciət edib.

Müraciətlə bağlı araşdırma aparılır.

Digər xəbərlər
09:58 Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşır
09:53 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
09:48 İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi old
09:45 Havanın temperaturu 29 dərəcəyədək yüksələcək
09:41 Ərdoğan: "Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir"
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ