hemle

Vətənə sevgi, düşmənə nifrət hissi aşılayan sənədli filmin təqdimatı oldu

Tarix:11-11-2022, 15:25
Baxış Sayı:276

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi tərəfindən gənc nəsildə vətənpərvərlik ruhunu möhkəmləndirmək məqsədilə həyata keçirilən “Vətən sevdası” sənədli filminin təqdimat mərasimi keçirilib.

Layihənin ideyasını 44 günlük Vətən müharibəsində Azərbaycanın İsmayıllı rayonunun təmsil edib, şəhid olmuş igidlərin həyat və döyüş yollarını təqdim etmək, həmin şəhidlərin adlarının əbədiləşdirilməsi və eyni zamanda, cəmiyyətdə, gənc nəsildə vətənpərvərlik ruhunun, milli birliyin daha da möhkəmlənməsinə nail olmaq təşkil edir. Təqdim olunan layihədə məqsəd Azərbaycan ordusunun nüfuzunun cəmiyyətdə daha da möhkəmlənmək, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsini önə çəkmək olub.
Təqdimat mərasiminin min nəfərdən çox tələbənin təhsil aldığı – İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində keçirilməsi də mənz qeyd olunan məqsəddən irəli gəlir.
“Vətən sevdası” sənədli filmini izləyənlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası iüçün yaradılan maliyyə imkanına görə minnətdarlıq ediblər.

İctimai birliyin və layihənin rəhbəri Şahməmməd Soltanov şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərin təşkilinə görə əlaqədar təşkilatlara, filmin ərsəyə gəlməsində zəhməti keçən şəxslərə minnətdarlıq edib.

Sənədli filim 30 ilə yaxın davam edən işğal zamanı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında da məlumatlar verir ki, bu da gənclərimizdə Vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayan başlıca cəhətlərdəndir.

Vətənə sevgi, düşmənə nifrət hissi aşılayan sənədli filmin təqdimatı oldu

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı