hemle

Borca görə Göygölün 2 kəndinin suyu müvəqqəti dayandırıldı - Fotolar

Tarix:18-11-2022, 19:32
Baxış Sayı:174

Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Mollacəlilli kəndində sakinlərin içməli suya görə xeyli miqdarda borcu yarandığı üçün bu yaşayış məntəqələrinin su təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə “Azərsu” məlumat yayıb.

Debitor borcun ödənilməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq edilsə də, onların böyük əksəriyyəti yenə də öhdəliklərini yerinə yetirməyib. Buna görə də abonentləri ödənişə cəlb etmək üçün zəruri tədbir kimi su təchizatının dayandırılmasına qərar verilib və bu barədə icra orqanları, bələdiyyələr əvvəlcədən məlumatlandırılıb.

Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Mollacəlilli kəndində sakinlərin istifadə etdikləri suya görə ümumilikdə 147 min manat debitor borcu yaranıb. Hacıməlik qəsəbəsində 312 abonentin cəmi 43-ü xidmət haqlarını ödəyir. Xidmət haqqını ödəməyən 269 abonentin içməli suya görə 74698 manat (bir abonentə orta hesabla 278 manat) borcu yaranıb.

Mollacəlilli kəndində isə 416 abonentdən cəmi 56-sı xidmət haqqını ödəyir. Digər 360 abonentin isə 72408 manat debitor borcu (bir abonentə orta hesabla 201 manat) mövcuddur.

Qeyd edək ki, yaşayış məntəqələrinin mövcud su təchizatı sistemləri borclu abonentlərin su təminatının fərdi şəkildə dayandırılmasına imkan vermir. Bunlar nəzərə alınaraq xidmət haqqını vaxtında ödəyən abonentlər fərdi qaydada sudaşıyan maşınlarla içməli su ilə təmin edilir və bu məqsədlə 18 tonluq su maşınları ayrılıb.

“Azərsu” ASC abonentlərdən xidmət haqlarını vaxtında və tam ödənilməsini xahiş edir. Bildiririk ki, göstərilən xidmətlərin səviyyəsi abonentlərin ödənişlərindən asılıdır.

Borca görə Göygölün 2 kəndinin suyu müvəqqəti dayandırıldı - Fotolar

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı