hemle

Bəyimxanım Cavanşirova-Verdiyeva: Madriddə Qarabağ ab-havası yaratdıq

Tarix:11-11-2022, 19:30
Baxış Sayı:157

Biz dünyanın müxtəlif ölkələrində, o cümlədən Londonda, Milanda, Lionda, Budapeştdə, Vyanada, Praqada, uzun illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərlik mövzusu, milli musiqimizin və musiqi alətlərimizin dünyada tanıdılması ilə bağlı bir-birindən uğurlu layihələrə imza atmışıq.

Bu sözləri AZƏRTAC-ın müxbirinə Xan Şuşinski Fondunun prezidenti, əfsanəvi muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova- Verdiyeva söyləyib. O bildirib ki, Azərbaycan xalqının milli-mənəvi sərvəti olan muğam ifaçılığının dərin özüllü sütunlarından biri və 1752-cil ildə Qarabağ torpaqlarında Şuşa şəhərinin təməlini qoymuş Pənahəli xan Cavanşirin kötücəsi Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) adını daşıyan Fond 2011-ci ildə onun anadan olmasının 110-illik yubiley tədbirləri ərəfəsində yaranıb. Fond yaranan gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

Bəyimxanım Cavanşirova-Verdiyeva vurğulayıb ki, bütün layihələrin keçirilməsində Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Fonda yaxından dəstək göstərib.

“Bu gün bizim ən sevincli bir günümüzdür, Zəfər günümüzdür. Bu gün biz Madriddə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Xan Şuşinski Fondunun və Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Azərbaycan muğam konsertinə yığışmışıq. Bu gün bu tədbirdə biz çalışdıq ki, burada Qarabağ ab-havası yaradaq. Bu tədbirdə Azərbaycanın ünlü sənətkarı, Respublikamızın Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” qrupu bir zamanlar Qarabağda yaşayıb yaratmış böyük ustad sənətkarların sənət nümunələrindən ibarət gözəl konsert proqramı ilə çıxış etdi. Mən öz növbəmdə bu gözəl fürsəti yaratdıqları üçün Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azərbaycanın İspaniyadakı səfirinə minnətdarlığımı bildirirəm”, - deyə Bəyimxanım Cavanşirova-Verdiyeva söyləyib.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı