hemle

“Zəngəzur: Sabaha hesablanmış işğal” sənədli filmi təqdim edildi – Fotolar

Tarix:1-11-2022, 09:00
Baxış Sayı:149

Oktyabrın 26-da Azərbaycan Universitetində Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin ərsəyə gətirdiyi “Zəngəzur: Sabaha hesablanmış işğal” sənədli filmi təqdim edildi .

Azərbaycan Universitetində keçirilən tədbirdə Universitetin müəllimləri, tələbələri, həmçinin çoxsaylı ictimai şəxslər iştirak etdi.

Tədbir şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla başladı. Daha sonra Azərbaycanın Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin sədri Rada xanım Abbas ermənilərin yüz illər boyunca xalqımızın başına gətirdiyi terror hadisələrindən danışdı. Rada Abbas bildirdi ki, tarix boyu erməni vandalizmi davam edib. Natiq çıxışı zamanı bildirdi ki, 2020-ci ilin sentyabr ayında ermənilər layiqli cəzalarını aldılar. 44 günlük Vətən müharibəsində ermənilərin tarixi ədalətin nəticəsi olaraq darmadağın edildi. Rada Abbas daha sonra qonaqları “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin ərsəyə gətirdiyi “Zəngəzur: Sabaha hesablanmış işğal” sənədli filminə baxmağa davam etdi. Tədbirin sonunda tələbələrə “Zəngəzur: Sabaha hesablanmış işğal” sənədli filminin diskləri hədiyyə edildi və xatirə şəkilləri çəkildi.



Digər xəbərlər
21:30 2025-ci ilin may ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?
21:25 Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
21:22 Sabah bu ərazilərdə qaz olmayacaq
21:19 Azərbaycanda ən çox tələb olunan 5 peşə
21:17 Azərbaycan və Qazaxıstan birgə PUA təlimlərinə hazırlaşır
21:15 İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi