hemle

Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanəliyev diplomatik əlaqələrin yüksək şəkildə olduğundan danışdı

Tarix:27-10-2022, 18:00
Baxış Sayı:273

24 Oktyabr saat 12:00-da Midtown oteldə Qırğızıstan səfirliyinin sərgisi təşkil olundu. Sərginin layihə rəhbəri, təşkilatçısı Elnurə və Aygün İsgəndərovalar idi. " Qırğızıstan Azərbaycan Rəssamlarının gözü ilə" adlı sərgidə Qırğızıstan mədəniyyəti ,təbiəti , mətbəxi , adət ənənələri təsvir olunmuşdu. Giriş sözü ilə sərgini açan Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanəliyev diplomatik əlaqələrin yüksək şəkildə olduğundan danışdı. Cənab səfir diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş sərginin möhtəşəm olduğunu bildirdi. Bunun üçün Elnurə və Aygün İsgəndərovalara təşəkkür edərək bu mövzuda layihələrin davamlı olacağını bildirdi.
Sərgidə qonaq qismində ölkəmizdə olan müxtəlif diplomatik nümayəndəliklərin üzvləri və mediya nümayəndələri, əməkdar artist, bəstəkar Elza Seyidcahan da iştirak edirdilər.
Sərgidə müxtəlif yaş qruplarından olan 125 rəssam iştirak edirdi. Rəssamlar Qırğızıstan səfiri tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olundular. Sərgi iştirakçıları eyni zamanda Qırğız mətbəxinə aid təamları da daddılar.

Müxbir : Aygün Oqtay



























Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları