hemle

Vətən müharibəsi qələbəsinin təbliği” layihəsində nəzərdə tutulumuş dördüncü seminarı Sabirabad şəhəri H.Z.Hağıyev adına 6 saylı tam orta məktəbində keçirdi

Tarix:24-10-2022, 08:04
Baxış Sayı:206

“Turan” Vətəndaş Cəmiyyətinə Yardım ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsində nəzərdə tutulumuş dördüncü seminarı 21 oktyabr 2022-ci il tarixində Sabirabad şəhəri H.Z.Hağıyev adına 6 saylı tam orta məktəbində keçirdi.
Seminarda 30 nəfər məktəbin yuxri sinif şagirdləri iştirak etdi.Yeniyetmə və gənclərə Seminarın mövzularına uyğun olaraq məlumatlar verildi.Tədbirdə layihənin eksperti Azər İsmayıl tərəfindən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Yeni texnologiyalarla və taktika ilə torpaqlarımızın qısa müddət ərzində erməni vandallarından azad edilməsindən danışdı.Bundan sonra Layihə rəhbəri Yaqub Babayev yeniyetmə və gənclərə Qarabağın tacı olan“Şuşa” şəhərinin işğaldan azad olması barədə geniş məlumat verdi.O bildirdi ki, “Şuşa” əməliyyatı bu gün beynəlxalq hərbi ekspert və mütəxəssislər tərəfindən öyrənilir.Onlar bu əməliyyatı öz hərbi dərsliklərində istifadəsinə başlamışlar.Layihə rəhbəri Yaqub Babayev Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən əks-hücum əməliyyatını “Dəmir Yumruq” əməliyyatı adlandırmasının geniş mahiyyətini yeniyetmə və gənclərə açıqladı. Bundan əlavə tədbir iştirakçılarına Vətən müharibəsində “Şəhid” olmuş Sabirabadlı gənclərin həyat və döyüş yolları barədə geniş məlumat verildi.Bundan əlavə 44 günlük Vətən müharibəsində İqtidar, Xalq və Ordu birliyindən danışldı. Sabirabad rasyonunda yaşayan yeniyetmə və gənclərin və həm də yaşlı nəslin nümayəndələrinin “Dəmir yumruq” əməliyyatında yaxından iştrikak edildiyindəndən danışıldı.Sonda həm layihə rəhbəri və həm də ekspert tərəfindən gəncləri maraqlandıran sullara cavab verildi.
Layihə rəhbəri və Layihənin eksperti tərəfindən tədbir iştirakçılarına Vətənpərvər olmaları və daima torpaqlarımızın və Vətənimizin keşiyində olmaları barədə tövsiyələr verildi.

Hörmətlə,
Yaqub Babayev
Layihə rəhbəri




Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti