hemle

Agentlyin dəstəyi ilə QHT Ağdamda tədbir keçirib

Tarix:24-03-2022, 19:25
Baxış Sayı:263

”QÜRUR”şəhid ailələri xetriyyə Ictimai Birliyi Azərbaycan Respublikasıının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi “layihəsinin icrası zamanı 02.03.22-ci il tarixində Ağdam rayonunun Birinci Yüzbaşılar kənd tam orta məktəbində tədbir keçirmişdir.
Tədbirdə 50 nəfər yuxarı sinif şagirdləri, Ağdamın 1-ci və 2-ci Qarabağ müharibəsinn qaziləri, veteranları və şəhid ailələri iştirak etdilər. Tədbiri təşkilatın sədri, layihə rəhbəri Naibə Behbudova açıb. İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra təşkiların fəaliyyəti və layihə haqqında məlumat verilib. ”QÜRUR”şəhid ailələri xetriyyə ictimai birliyinin Ağdam rayon şöbəsini sədri Lamiyə Əliyevaya söz verildi.Sonra həmin kəndin sakini şəhid Baxış Əsədovun atası Xalid Əsədov gənclərə təqdim edildi. 2-ci Qarabağ qaziləri Məmmədov Vüqar və Tural İbrahimov keçdikləri çətin və şərəfil döyüş yolları haqqında danışdılar.Təşkilatın Ağdam rayon şöbəsinin hüquq üzrə müavini çox fəal və ziyalı gənc Qadir Məmmədov çıxış edib.
Sonra məktəbin direktoru Polad Zeynalova öz təşəkkürünü bildirərək, belə tədirlərin gənclər üçün çox önəmli olduğunu qeyd elədi. Daha sonra Natəvan müəllimə öz çıxışı ilə gənclərimizi tariximiz haqqında çox önəmli bilgilərilərlə məlumatlandırdı. Birliyimizin Ağdam şöbəsinin 1-ci müavini Siyavuş Şükürov və Qadınlar şurasının sədri Aliyə Əliyevaya çıxış ediblər.
Tədbir iştirakçılarına, xüsusilə də gənclərə layihə çərçivəsində hazırlanmış vətənpərvərlik mövzusunu əhatə edən 450 ədəd buklet və dəftərxana ləvazimatları paylanıb.

Digər xəbərlər
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər