hemle

MİLLİ MƏCLİSDƏ YER İNSİDENTİ – DEPUTAT CƏZALANDIRILDI

Tarix:21-04-2020, 12:06
Baxış Sayı:598

Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasında deputatlar arasında narazılıq yaranıb.

ONN media xəbər verir ki, buna səbəb koronavirusla bağlı bir metrlik məsafənin saxlanmasına görə, millət vəkillərinin yerinin dəyişdirilməsi olub.
İclas başlamazdan əvvəl kimin harada əyləşəcəyi həmin masanın üzərində yazılıb.
Bu bölgü aparıldıqda bəzi deputatlara məcburən yuxarıda- qonaqlar üçün nəzərdə tutulan hissədə yer verilib.
Qonaq masasında əyləşdirilən deputatlar isə bundan narazı qalıblar.
Hətta bunu ayrı-seçkilik, aşağılanmaq kimi qəbul edənlər də olub: “Niyə məhz məni bura qaldırıbsız?”
Narazılardan biri- gənc deputat Ramil Həsən isə etirazını orada deyil, iclasdan sonra sosial şəbəkələrdə bildirib. O özünün feysbuk hesbında status yazaraq, sədrin bölgüsünü tənqid edib.
Bundan sonra Ramil Həsən Milli Məclisə çağırılıb və sədr Sahibə Qafarova tərəfindən daxili qaydalara etirazını ictimailəşdirdiyi üçün rəsmən xəbərdarlıq edilib.
Bildirilib ki, nizamnaməyə görə, deputatın sədrin verdiyi qərara etirazı varsa, birinci rəhbərliyə müraciət olunmalıdır.bakupost
ONN İnformasiya Agentliyi

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi