hemle

İran xalqını ayağa qaldıran ölüm... - Etirazlar davam edir+Video

Tarix:21-09-2022, 07:20
Baxış Sayı:168

Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə kütləvi etirazlar davam edir.

Etiraz aksiyaları ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

Aksiyalar zamanı ölənlər və yaralananlar var. Bəzi yerlərdə aksiyaçılara qarşı silah da tətbiq edilib.

Etiraz edən insanlar zibil qutularını yandıraraq, bankların şüşələrini sındırırlar. Polis aksiyaçılara qarşı zor tətbiq etsə də, aksiyanı dağıtmaq mümkün olmur. Tehranın Kişavərz, Vəli Əsr, Kərim xan Zənd küçələrinə toplaşan insanlar hökumət binalarına tərəf hərəkət edirlər. Polis yürüşün qarşısını almağa çalışsa da bunu bacarmır. Etirazçılar bəzi yerlərdə İranın ali-dini lideri Seyid Əli Xameneyinin şəkillərini yandırıblar.

Bundan başqa, məcburi hicaba qarşı çıxanlar da baş örtüklərini yandırır.

Siyasi analitiklər hesab edirlər ki, M. Əmininin ölümü İranda etiraz etmək üçün insanlara stimul verib.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR