hemle

İranda etiraz dalğası genişlənir: Ölən və yaralananlar var

Tarix:23-07-2021, 21:30
Baxış Sayı:288

Iranın Xuzistan əyalətinin şəhərlərində su çatışmazlığı ilə bağlı təşkil olunan etirazlara dəstək olaraq Luristan əyalətinin Əligudərz şəhərində də etirazlar başlayıb.

Bu barədə “Anadolu” agentliyi İranın dövlət televiziyasına istinadla məlumat yayıb.

Qeyd edilir ki, Əligudərzdəki nümayişlər zamanı bəzi naməlum şəxslər odlu silahdan atəş açıblar, nəticədə 20 yaşlı gənc ölüb və iki 16 yaşlı gənc yaralanıb.

Hadisəni törədənlərin tutulması üçün istintaq başladıldığı qeyd edilib.

İran səlahiyyətlilərinin açıqladığı məlumata görə, 15 iyuldan bəri 8 gecə davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 5-ə çatıb.

Xuzistandakı etirazlarla əlaqədar bir açıqlama yayan “Amnesty International” təhlükəsizlik qüvvələrinin nümayişlər zamanı ən azı 8 nəfəri öldürdüyünə dair məlumatlara sahib olduqlarını açıqlayıb. Açıqlamada təhlükəsizlik qüvvələrinin Xuzistandakı dinc etirazları yatırmaq üçün döyüş sursatı, gözyaşardıcı qaz və avtomatik silah istifadə etdikləri bildirilib.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ