hemle

Elə ilk günlərdən bu qərara gəldim, amma...

Tarix:19-04-2020, 17:41
Baxış Sayı:410

Azərbaycanın gənc şairi, Prezident təqaüdçüsü Qabil Ədalət dünyanı cənginə alan “Covid-19” dövründə maraqlı addım atıb: öz evində tıbbi maska tikərək ehtiyacı olanlara yardım göstərib.

Şair sözügedən mövzu ilə bağlı TRT/Azerbaycan saytına bildirib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da korona virusundan qorunmaq üçün tıbbi maska qıtlığı yarandı. Apteklərdə maska qalmırdı. Elə ilk günlərdən maska hazırlamaq qərarına gəldim, amma tikiş masınım yox idi. Yaxınlarıma fikrimi bildirdim, mənə paltartikən maşın gətirdilər. Beləcə, yüzlərlə insanın tıbbi maska ehtiyacı qarsılandı. Qeyd etməliyəm ki, bu aksiyanı ilk olaraq Xaçmazda yaşayan gənc şair və dərzi xanımımız Aynur Vətənqızı başladı, daha sonra ona digər şair Rauf Alagözov və mən qoşulduq”.

Xalqın çətin günlərində “Bir işin ucundan da mən tutub yardım edim” deyə xeyirxah aksiyaya qoşulan onlarla insandan biri olan şair Qabil Ədalət TRT/Azerbaycan saytına həm də şeirlərindən bir neçəsini (“Elə bilirsən darıxmıram?”, “Canın sağ olsun”) ərməğan etdi, oxucuları ilə paylaşmaq istədi.

Elə bilirsən darıxmıram?

Bəlkə də ölmüşəm, xəbərim yoxdur.

Əriyib içimə dolmuşam,

Xəzər boyda gölmüşəm,

Xəbərim yoxdur...

Darıxmaq bilirsən nədir?

Qəbirə qoyulan ilk gecə kimidir.

Tapmadığın suala görə

Yumruğu dəyər başına,

Yatağı sıxar adamı...

Darıxmaq

Həyatın riyaziyyat fənnidir,

Vurub bölər, toplayıb çıxar adamı.

Darıxmaq

Dənizdə yelkənsiz qayıq kimidir,

Xəfif bir külək yıxar adamı...



Canın sağ olsun

Elə də üzmə özünü,

Getmisən, canın sağ olsun.

Nə olsun ki, axtarıram,

İtmisən, canın sağ olsun.

Sevgim qaldı boxçasında,

Bəzənmədi xonçasında,

Özgəsinin baxçasında

Bitmisən, canın sağ olsun.

İnanma, mənsizlik sovuşa,

Birisi könlünə yovuşa.

Əhdini qəpik-quruşa

Satmısan, canın sağ olsun.

Qopdu ruhum özəyindən,

Bir şey gəlmədi əlimdən.

Eşitdim ki, ürəyindən

Atmısan, canın sağ olsun.

Sevənlərin olmasın kəm,

Həsrət qalsın üzünə qəm.

Nə çox gedən, biri də sən,

Getmisən, canın sağ olsun.

Etiketlәr: #Qabil Ədalət TRT/Azerbaycan saytı , #Azərbaycanın şairi Qabil Ədalət - “Covid-19” maska

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ