19 aprel 2020-ci il tarixində Azərbaycanda hemlemedia.az saytının idarə heyyəti üzvləri , professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Azərbaycanın Mehriban Siması” adlı kitabının onlayn təqdimatı keçirilib.
Təqdimatda ehtiyatda və istehfada olan zabit Azər Hacıbəyli çıxış edərək bildirib ki, Vaqif Abdullayevin oxuculara təqdim etdiyi yeni kitabında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO və ISESCOnun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli və zəngin elmi mədəni, humanitar, ictimai siyasi fəaliyyəti geniş şəkildə sosioloji və politoloji istiqamətlərdən təhlil olunur: “Nəşrdə Mehriban Əliyevanın görkəmli qadın lider kimi praqmatik liderlik keyiyyətlərinə, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi böyük töhfəni, çoxsaylı siyasi uğurlarını düzgün və obyektiv prizmadan yanaşaraq fəlsəfi-analitik təhlilini görmək mümkündür”.
İştirakçılar Azər Hacıbəyli, Elmar Hüseyin, Svetlana Osmanlı və Radə Abbas qeyd ediblər ki, Mehriban xanım haqqında kitab yazmaq həddindən artıq çətindir və dərin məsuliyyət, yüksən siyasi-elmi təfəkkür, analitik qabiliyyət tələb edir. O, müəllifin uzun illər siyasi elmlər sahəsində dərin və geniş tədqiqatlar aparan alim kimi görkəmli şəxsiyyətlərimiz olan Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında sanballı və siyasi ədəbiyyatımızda xüsusi yeri olan kitablar yazdığını xatırladıb: "Bu baxımdan Vaqif Abdullayev “Azərbaycanın Mehriban siması” kitabı da çox dərin və əhatəli ictimai və siyasi tədqiqatın, elmi-fəlsəfi-analitik təhlillərin dəyərli nümunəsidir. Müəllif kitabda prosesləri sadə və elmi-bədii formada təsvir etməklə, oxunaqlı və zəngin üslub keyfiyyətlərindən məharətlə istifadə edib. Eyni zamanda, kitabın çox keyfiyyətli tərtibi onun dəyərini daha da artırır".
Oxucunun kitabda əldə etdiyi əsas qənaət budur ki, Mehriban xanımın fəaliyyətində hər zaman insanların taleyi əsas yer tutur.
Çıxış edən digər natiqlər kitabın nəşrini yüksək qiymətləndirib, müasir sosial-iqtisadi, ictimai-siyasi həyatımızda yeni məzmun, fəlsəfi baxışın sanballı nümunəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, Mehriban Əliyeva Prezident İlham Əliyevin gördüyü işlərə davamlı dəstəyi, həyata keçirilən siyasətə verdiyi töhfələri ilə xalqın dövlət başçısına, hakimiyyətə olan inamını daha da qüvvətləndirir, xalq-dövlət münasibətlərinə nikbin ümidverici ovqat gətirir. Mehriban xanımın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçilməsindən sonra ölkəmizin gələcəyə doğru inamla irəliləməsi, dünyada aparıcı dövlətlərdən birinə çevrilməsi sahəsində onun gördüyü misilsiz işləri və digər maraqlı məqamları elmi analitik təhlil edir.
Onlayn təqdimatda çıxış edənlər kitabın müəllifi, siyasi elmlər doktoru, professor, Vaqif Abdullayevə dərin təşəkkür bildiriblər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş bu dəyərli nəşri onun keçdiyi mənalı həyat yoluna, zəngin ictimai-siyasi və humanitar fəaliyyətinə , Azərbaycanın müasir inkişaf yoluna nəzər salmaq baxımından faydalı olacağına inandıqlarını vurğulayıblar. (hemlemedia.az)