Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Şəhidlərimizi yaşadaq, “Şəhid taleyi” filminin çəkilməsi” adlı layihənin icrasını “Şəhid Ailələrinə Qayğı Cəmiyyəti” həyata keçirir. 2022-ci ilin sentyabr ayının birindən başlayan layihə 2022-ci ilin noyabr ayının birində başa çatacaq. Layihənin məqsədi şəhidlərimizin adlarının əbədiləşdirilməsidir.
Nəsildən nəslə keçən dəyəri heç nə ilə ölçülməyən qan yaddaşımızın bizə ərmağanı var. Azərbaycan oğulları vətən sevgisi uğrunda canlarından keçdilər. İgidlərimizin yolları vətən sevgisində üst-üstə düşdü. Üst-üstə düşən yollar onların şəhidlik zirvəsinə qədər apardı. Əmisi Nadirin şəhid olduğu 1994-cü ildə o, dünyaya göz açdı. Şəhidin adını yaşatmaq naminə Rzayevlər ailəsinin yeni oğul övladına Nadirin adını verdilər. Qardaş oğlu öz əmisinin adını yaşatsın deyə ona əmisinin adını verdilər. Amma Nadir adını daşıdığı əmisinin ömrünü yaşadı. Gənc Nadir əmisi Nadir Rzayevin şəhid olduğu Füzuli rayonunda vətən uğrunda şəhid oldu. Bəlkə də bu taleyin yazısı, bəlkə də düşmənin qatil əli idi.
Nadir də şəhid əmisinin yolunu getdi. Bu, Vətən uğrunda şəhidlik yoludur. Bu o yoldur ki, onun ucu-bucağı yoxdur. Nadirin yazdığı son misralar indi onun yaşadığı evin divarını bəzəyir: “Dünyada ən yaxın kəsdi, Bircə quru nəfəsi bəsimdir, Anam, Anam, Anam”. Nadirin anasından bu sözlərin mənasını soruşanda deyir ki, orada Nadir onun haqqında yox, Vətən haqqında danışıb. Soruşanda ki, nəyə belə deyirsiniz,? anası cavab verdi ki, Nadir özü belə deyirdi. Məhəmməd Nadir Rzayev 2001-2012-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil almışdı. O, 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə oldu, 2014-cü ildən isə artıq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qardaşı, dostları deyir ki, bu xidmətdə işləməyə başlayandan sonra Nadir çox dəyişdi. Qardaşı deyir ki, əvvəllər deyib-gülən, əylənməyi xoşlayan insan indi. Sonralara isə fürsət düşən kimi hərbi hissəyə gedirdi. Deyirdi, orasız darıxıram. Nadiri hərbi hissəyə çəkən döyüşmək həvəsi, vətəni azad etmək hissi idi. Bir gün vətən çağırdı Nadir getdi və vətən torpağına qarışdı. Şəhidlik zirvəsinə yüksəldi.
Şəhidlərimizin adlarını, xatirələrini yaşatmaq bizə ana südü ilə verilmiş tərbiyədir. Azərbaycan uğrunda şəhid olanların adlarının əbədiləşdirilməsi günümüzün aktual məsələsidir. Keçmişinə hörmət etməyənin gələcəyi olmaz. Şəhidlər bizim həm keçmişimiz, həmdə gələcəyimizdirlər.
Layihənin icrası ərəfəsində çəkiləcək “Şəhid taleyi” filminin təqdimat tədbirləri keçiriləcəkdir.
Layihənin rəhbəri Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, mühasibi Jalə Quliyevadır. Iki ay davam edəcək layihənin büdcəsi 8000 AZN təşkil edir.
Hörmətlə Müşfiq Əliyev.