hemle

MM Mədəniyyət komitəsinin sədri Q.Paşayeva “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İB-nin sədri R.Abbası 60 illik yubileyi münasibəti ilə təbrik edib

Tarix:5-09-2022, 20:43
Baxış Sayı:127

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri, I Qarabağ müharibəsi veteranı Radə Abbasla görüşüb, onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Radə xanım,

Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz I Qarabağ müharibəsi veteranı (tibb bacısı) olaraq, vətənpərvərliyinizlə yanaşı, ictimai fəal mövqeyinizlə də seçilirsiz. 1992-ci ildə könüllü olaraq müharibəyə yollanmış, müharibə dövrü Ağdam, Tərtər, Ağdərə bölgələrində hərbi xidmətdə olmusuz. 2001-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, səhhətinizlə bağlı hərbi xidmətdən tərxis edilmisiz. 2001-2005-ci illərdə AVMVB-nin nəzdində Veteran Qadınlar Təşkilatının sədri olmusuz. 2006-cı ildən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədrisiz. Çoxsaylı vacib layihələrin rəhbəri olmusuz. Layihələr müharibə iştirakçılarının, qadınların, əlillərin və b. həssas qrupların maraq dairəsində olan müxtəlif məsələlərə həsr olunub və uğurla icra edilib.

Siz 3 kitabın (“Avropaya inteqrasiya: faktlar, nəticələr” (2009), “Qarabağı unutmayaq” (2013), “Sahibkarlıqda gənclərin fəaliyyətinə diqqət” (2014)) müəllifisiz.

Sizin ictimai fəaliyyyətiniz dövlətimiz tərəfindən mükafatlandırılıb: 07 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezideti İlham Əliyev tərfindən “Tərəqqi” medalına layiq görülmüsüz.

Sizi bir daha, 60 illik yubileyiniz münasibəti ilə Milli Məclisin Mədəniyyət komitəsi adından təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Q.Paşayeva xanım müharibə veteranına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

R.Abbas Komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib.

Görüşdə “NƏFƏS” İB Firəngiz Balakişiyeva iştirak edib.



Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar