Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
hemlemedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü F. T. özünü bacısına məxsus “Günəş” kafesinin ikinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırır.