hemle

Bakıda bir gün ərzində ikinci intihar hadisəsi

Tarix:26-01-2021, 19:45
Baxış Sayı:337

Bu gün Bakıda daha bir intihar hadisəsi baş verib.

hemlemedia.az xəbər verir ki, saat 17 radələrində paytaxtın Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etib.

Fakt üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu gün Xətai rayonunda da intihar hadisəsi qeydə alınıb. Saat 15 radələrində 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğlu yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Yanvarın 24-də isə 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü Nərimanovda yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən atmışdı.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ