hemle

Kişini şantaj edən şəxs tutuldu

Tarix:3-08-2022, 16:25
Baxış Sayı:169

Şirvan şəhər sakini S.Babayev Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək Zaur adlı şəxsin ondan hədə-qorxu yolu ilə pul tələb etyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb edən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hüseynov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Babayev saxlanılan Z.Hüseynovdan bir müddət əvvəl 5000 manat borc pul alıb və bir qismini müxtəlif vaxtlarda qaytarıb. Sonradan pulun qalan hissəsini qaytarmadığına görə Z.Hüseynov ondan həmin borcun faizini ödəməsi üçün hədə-qorxu gələrək 3000 manat pul tələb edib.

Fakta bağlı Z.Hüseynov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələbetmə) və 221.3-cü ( xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir