hemle

Uşaqlar arasında yenə virus yayılıb - Video

Tarix:23-07-2022, 11:03
Baxış Sayı:277

Son zamanlar uşaqlarda rotavirusa yoluxma halları artıb.

hemlemedia.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur.

Həkimlər valideynləri diqqətli olmağa çağırır. Günlərlə davam edən qızdırma, qarın ağrısı, halsızlıq uşaqlar arasında geniş yayılıb. Xəstəliyə yoluxan uşaqlarda yüksək hərarət müşahidə olunur.

Həkimlər deyir ki, hər il yaz-yay aylarında uşaqlar arasında rotavirus adlı virus yayılır. Bu il virusa yoluxan uşaqların sayı daha da artıb. Xəstəliyə yoluxma xüsusən də çimərlik mövsümündə daha çox müşayiət olunur. Hovuza və dənizə gedənlər uşaqlar arasında infeksiya daha tez yayılır.

Rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir. Uşaqlarını virusdan qorumaq istəyən valideynlər gigiyenik qaydalara əməl etməli, uşaqları yaxın təmasdan uzaq tutmalıdırlar.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?