hemle

Tofiq Musayev: “Əvvəldən demişdim ki, döyüş vaxtından tez qurtaracaq”

Tarix:23-07-2022, 10:27
Baxış Sayı:198

“Əvvəlki müsahibəmdə də demişdim ki, döyüş vaxtından tez qurtaracaq. Sevindirici haldır ki, vaxtından əvvəl qələbə qazandım”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın MMA idmançısı Tofiq Musayev “Bellator”dakı ilk görüşündə ABŞ təmsilçisi Sidney Autlounu cəmi 24 saniyəyə nokauta göndərməsi barədə danışarkən deyib.

33 yaşlı idmançı rəqibə hörmətlə yanaşdığını bildirib:

“Reytinqdə 1-ci yerdə gedirdi. Düşünürdüm ki, döyüşümüz maraqlı olacaq. Belə olub-olmadığını tamaşaçılar deyə bilər. Artıq təlim-məşq toplanışı haqqında fikirləşirik. Hazırlıq keçəndən sonra məşqçilər heyəti və menecerim məsləhət görərsə, növbəti aylarda döyüşməyə hazıram”.

Musayev “Pitbull” ləqəbli braziliyalı Patriki Freyre ilə döyüşünü Azərbaycanda keçirmək istədiyini söyləyib:

“Çox istərdim ki, “Bellator” Vətənimdə olsun. Bu, bir çox yeniyetmə və gəncin bu idman növünə marağını daha da artırar. “Bellator”la müqavilə bağlayanda “Pitbull” şəxsi “Instagram” səhifəsində mənimlə revanş döyüşünə çıxmaq istədiyini yazmışdı. Onunla ancaq kəmər uğrunda döyüşə bilərəm”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir