hemle

Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxıldı

Tarix:22-12-2020, 22:36
Baxış Sayı:337

Fitnes məşqçisi Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, K.Zeynallı Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlğa çıxıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib. O, stasionar posta yaxınlaşıb, həmin əraziyə keçmək istədiyini bildirib. Polis əməkdaşları da bunun mümkünsüz olduğunu, yalnız xüsusi icazəyə malik dövlət qurumları əməkdaşlarının keçə biləcəyini deyib.

K.Zeynallı isə israr edib, polisin qanuni tələbinə tabe olmayıb. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarına əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Xatırladaq ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir