hemle

İlham Əliyev Ərdoğana zəng edib

Tarix:15-07-2022, 20:12
Baxış Sayı:183

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlət başçısı 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı Türkiyə Prezidentinə başsağlığı verib, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Azərbaycan xalqının qardaş Türk xalqına dəstəyini bir daha ifadə edib, dövlət çevrilişinə cəhdin dəf olunmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın rolunu və liderliyini xüsusi vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Söhbət zamanı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişaf etdiyi bir daha qeyd olunaraq, qarşılıqlı dəstək və həmrəylik ifadə edilib, gələcək təmaslar haqqında danışılıb.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi