hemle

İlham Əliyev Ərdoğanı təbrik etdi

Tarix:26-02-2021, 17:15
Baxış Sayı:305

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib, əlaqələrimizin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
22:47 Moskvadan Dərbənddəki Azərbaycan teatrı ilə bağlı AÇIQLAMA
22:44 Əliyev, Ərdoğan və Şərifin Laçın gedişi - DETALLAR
11:11 Press-reliz
11:06 KT və MRT müayinələri hansı hallarda ödənişsiz olacaq? - RƏSMİ
10:56 İrəvandan Bakıya qarşı təxribat: Azərbaycanla sərhəddə Fransanın kəşfiyyat xidməti açılır
10:50 Ermənistan bu görüşə ev sahibliyi etmək istədiyini təsdiqlədi - Bayramov İrəvana gedir?
10:43 Dünya üçün kosmik TƏHLÜKƏ: Nəhəng asteroidlər aşkarlandı
10:33 Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı