hemle

Dünya üçün kosmik TƏHLÜKƏ: Nəhəng asteroidlər aşkarlandı

Tarix:Dünən, 10:43
Baxış Sayı:455

Beynəlxalq astronomlar qrupu Veneranın orbitində potensial kosmik təhlükə aşkar edib.

Söhbət qonşu planetin ətrafında orbitdə hərəkət edən və müəyyən şərtlər altında Yerə çırpıla biləcək, indiyə kimi kəşf edilməmiş asteroidlərdən gedir.

Alimlər müəyyən ediblər ki, onlar arasında diametri 140 metrdən çox olan, planetimizə təhlükəli məsafədə yaxınlaşa biləcək gizli asteroidlər də ola bilər.

Tədqiqatın rəhbəri, Braziliyanın Sao Paulo Universitetindən olan Valerio Karruba bu asteroidlərin aşkar etməyin olduqca çətin olduğunu bildirib.

"Buna səbəb onların Günəşə nisbətən mövqeləridir. Belə obyektlərin xaotik hərəkəti xüsusilə qorxuludur. Onların orbitləri cəmi 150 ildən sonra gözlənilməz hal alır. Modelləşdirmənin göstərdiyi kimi, onlardan bəziləri Yerə yaxınlaşmağa qadirdir" - deyə o bildirib.

Lakin astronomlar bu cisimləri ancaq Günəşdən uzaqlaşdıqda qısa müddət ərzində görə bilirlər. Onlar iki həll yolu təklif edirlər: tikilməkdə olan Vera Rubin Rəsədxanasından istifadə edərək yerüstü müşahidələr aparmaq və təhlükəni birbaşa öyrənmək üçün Veneraya kosmik missiya təşkil etmək.

Qeyd edək ki, 150 metrlik asteroid Yerlə toqquşduqda tom bombalarından minlərlə dəfə güclü (yüzlərlə meqaton gücündə) partlayışa səbəb ola bilər.

Digər xəbərlər
23:21 Təhsil Nazirliyinin qəfil qərarı: Valideynlərin əməyi havaya getdi
23:12 3400 abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
23:11 “WhatsApp” istifadəçilərinin nəzərinə - Çoxdan gözlənilən yenilik gəldi
23:01 Şahbaz Şərif: “Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum”
22:59 ABŞ-da təhsil almaq arzusunda olanlara ÜZÜCÜ XƏBƏR
22:55 Rusiya ilə müharibəyə hazırlaşın: 3-7 il ərzində... - Xəbərdarlıq edildi
22:50 Putin, Tramp və Zelenski bu ölkədə görüşə bilər
22:47 Moskvadan Dərbənddəki Azərbaycan teatrı ilə bağlı AÇIQLAMA