hemle

YER KÜRƏSİNƏ BƏNZƏYƏN PLANETLƏRDƏ VULKAN PÜSKÜRƏ BİLƏR – XƏBƏRDARLIQ

Tarix:23-06-2020, 23:27
Baxış Sayı:446

Yer kürəsinə ən çox bənzəyən planetləri araşdıran astronomlar hamısında vulkanik fəaliyyət ehtimalının olduğunu təsbit ediblər.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Havaçılıq və Kosmos Agentliyi – NASA-nın Goddard Kosmik Uçuş Mərkəzi ilə Planet Elmi İnstitutu və İdaho Universiteti alimləri 53 kənar planetin geoloji baxımdan nə qədər aktiv olub-olmaması ilə modelləşdirmə tədqiqatının ayrıntılarını “Publications of the Astronomical Society of the Pacific” jurnalında yayımlayıblar.

Astronomlar kütlələri Yer kürəsindən ən çox 8, radiusları isə 2 dəfə artıq olan bu planetlərdə istilik dərəcəsini hesablayıblar. Bütün bu planetlərdə vulkanlar və ya hidrotermal qaynaqlar kimi geoloji xüsusiyyətləri özündə əks etdirən və kifayət qədər enerjiyə malik olduğu ortaya çıxıb.

Bundan başqa, kənar planetlərin dörddə birinin buzlu səthlərinin altında okeanların olma ehtimalı söylənilib.

Alimlər onu da bildiriblər ki, bu kənar planetlərdən bəziləri Yupiterin Avropası (Europa), Saturnun Enseladı (Enceladus) kimi buzla örtülü peyklərə malik ola bilər.
hemlemedia.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı