hemle

Səhiyyə Nazirliyi sürücülərə müraciət etdi

Tarix:22-06-2022, 16:30
Baxış Sayı:175

Səhiyyə Nazirliyinin həkimi, ekspert Zakir Quliyev yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olan müraciətdə deyilir:

“Avtonəqliyyat vasitələri ilə səfərlərin təhlükəsiz başa çatması sürücülərin keyfiyyətli yuxu alması, doğru qidalanması və təbii ki alkoqollu içkilərdən imtina etməsi ilə birbaşa bağlıdır. DİN-in Baş DYP İdarəsinin bu sahədə apardığı maarifləndirmə işinə töhfə verəcəyinə, eləcə də qeyd olunan amillərin daha ətraflı öyrənilməsinin və vacib məqamların yadda saxlanılaraq təcrübədə tətbiq edilməsinin yol hərəkəti təhlükəsizliyi üçün əhəmiyyətli olacağına inanaraq bəzi tövsiyələri sürücülərin diqqətinə çatdırırıq.

1. Keyfiyyətli yuxu

Hər bir insanın yuxu ehtiyacları və rejimləri fərqli olsa da, əksər böyüklər üçün orta yuxu müddəti 8 saatdır. Keyfiyyətsiz yuxu və ya kifayət qədər yuxu almamaq sonradan həddindən artıq yuxuya səbəb ola bilər ki, bu da diqqətinizin və performansınızın azalmasına bilavasitə təsir göstərən amildir. Nəqliyyat vasitələrinin yuxulu halda idarə olunması isə təbii ki potensial təhlükə mənbəyi olub yol qəzalarının baş verməsini qaçılmaz edir.

2. Sürücülərin qidalanma tərzi

Gün ərzində istehlak etdiyimiz qidalar və ümumi qidalanma tərzimiz konsentrasiyaya və diqqətə düşündüyümüzdən daha ciddi təsir göstərir. Doğru qidalanmaqla yolları təhlükəsiz qət etmək isə sürücülərin öz əlindədir.

Elmi araşdırmalar göstərir ki, səhər yeməyi konsentrasiyaya və diqqətə əhəmiyyətli dərəcədə təsir göstərən amildir. Səhər yola düşəcək sürücülərin səyahət başlamazdan əvvəl səhər yeməyi yeməsi planlaşdırılan səfərin təhlükəsiz başa çatmasını şərtləndirir. Zülallarla zəngin səhər yeməyi sürücüləri uzun müddət tox saxlayır. Sürücülərin səhər yeməyində pendir, yumurta, çovdar çörəyi, çiy tərəvəz məhsullarının olması tövsiyə edilir. Təzə sıxılmış meyvə şirəsi səhər yeməyi üçün ən uyğun seçim olsa da, sürücü çaydan imtina edə bilmirsə, açıq olması şərti ilə çay da içə bilər.

Sürücünün qidalanmasında ikinci vacib məsələ yeməklər arasındakı vaxt intervalları və yeməklərin sayıdır. Çünki, insan uzun müddət ac qaldıqda qan şəkəri aşağı düşür ki, bu da yorğunluğa, zəifliyə və diqqətin yayınmasına səbəb olur. Yeməklər arasında ideal vaxt intervalı 3 saatdır. Qan şəkərinin balanslaşdırılması üçün sürücülərin əsas yeməkdən əlavə gündə ən azı bir dəfə qəlyanaltı qəbul etməsi də tövsiyə olunur. Qəlyanaltıda meyvələrə, süd məhsullarına, quru çərəzlərə üstünlük verilməlidir. Qidalanma zamanı karbohidratlarla zəngin şirniyyatlardan, yağlı yeməklərdən isə birmənalı imtina edilməlidir. Çünki bu cür qidalar qan şəkərinin sürətlə artıb-azalmasına səbəb olur ki, bu da son nəticədə diqqətin azalmasına, konsentrasiyanın çətinləşməsinə gətirib çıxarır.

3. Spirtli içkilər

Spirtli içki qəbul edib sükan arxasına keçmənin nə qədər təhlükəli olduğu hamımıza məlumdur. Ancaq təəssüf ki, spirtli içkinin insan orqanizmini uzun müddət tərk etməməsi haqda əksər sürücülərimiz məlumatsızdır. Unutmamalıyıq ki, alkoqollu içkilərin təsiri uzun müddət bədəndə qaldığı üçün bu amil diqqətimizi və iş qabiliyyətimizi əhəmiyyətli dərəcədə azalda bilər. Yol hərəkəti zamanı arzuolunmaz və bədbəxt hadisələrin baş verməməsi üçün sürücülərin səfərə çıxmazdan 24 saat əvvəl spirtli içki qəbul etməsi qəti şəkildə tövsiyə olunmur”.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı