hemle

""Qayınana" filmi Azərbaycan əxlaqına ziddir"

Tarix:16-06-2022, 17:44
Baxış Sayı:229

Xalq artisti Şeyx Əbdül Mahmudov məşhur "Qayınana" filmi ilə bağlı qalmaqallı sözlər söyləyib.

Rejissor sözügedən ekran işini tənqid edib və Azərbaycan ədəbiyyatına, əxlaqına xas olmayan əsər adlandırıb. Bu haqda "Gəl danış" proqramında bəhs edən Şeyx Əbdül sözlərinə belə davam edib:

"Bəlkə də mən kino və teatr sahəsindəki yeganə ziyalıyam ki, ümumiyyətlə, "Qayınana" əsərinə qarşıyam. Onu yazan insanı da yaxşı tanıyıram. Adı Məcid Şamxalovdur, 1937-ci ildə "evlər yıxan" aktyorlardan biri olmuşdur. Sonradan acınacaqlı taleyi oldu. Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil. Kimin anası, nənəsi elədir? Əvvəl tamaşası oldu, sonra da filmi çəkildi".

Qeyd edək ki, "Qayınana" filmi 1978-ci ildə Hüseyn Seyidzadənin rejissorluğu ilə lentə alınıb. Ekran işində SSR Xalq artistləri Nəsibə Zeynalova, Fuad Poladov, Xalq artistləri İlham Namiq Kamal və başqaları rol alıblar.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR