hemle

Qayınana gəlinini diri-diri basdırıb, üstünə beton tökdü - Qeyri-adi səbəb

Tarix:13-06-2022, 08:15
Baxış Sayı:150

Qayınana ilə qayınata birləşərək gəlinlərini diri-diri basdırıblar.

Kirayə verilmiş evin həyətindən, betonun altındakı 2 metr dərinlikdən gəlinin qalıqları tapılıb.
Məhkəmədə qeyd olunan məlumata görə cəsəd elə halda olub ki, barmaq izi vasitəsi ilə kimlik güclə müəyyənləşdirilib.
Braziliyanın Sao Paulo şəhərində qayınana ilə qayınata birləşərək oğullarından ayrılmış gəlinləri Marcia Mirandanı diri-diri basdırıb, üstünə beton töküblər. Onlar bu əməli nəvələri onlarla birlikdə qalsın deyə törədiblər.
Belə ki, 60 yaşlı Maria Izilda ilə 62 yaşlı Fernando de Oliveira keçmiş gəlinləri ilə görüş təyin ediblər. Sonra ona yeni tutduqları kirayə evi göstərmək bəhanəsi ilə hadisənin baş verdiyi yerə aparıblar. Ər ilə arvad gəlinlərini həyətdə qazdıqları quyuya diri-diri basdırıblar.
Autopsiya nəticələrindən məlum olub ki, o, basdırılarkən diri olub və oksigen çatışmazlığından ölüb.
Qadın oktyabr ayının 2-dən itkin düşsə də, ekspertiza nəticələri ayın axırı çıxıb. Ər-arvad cinayət törətdiklərinə görə həbs olunublar.sonxeber.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir