hemle

Alimlərin baş tutmayan Şuşa səfəri ilə bağlı - AMEA-dan açıqlama

Tarix:10-06-2022, 11:47
Baxış Sayı:187

AMEA sosial şəbəkələrdə alimlərin Şuşaya səfəri ilə bağlı üzləşdiyi dələduzluq haqda məlumat yayıb.

hemlemedia.az xəbər verir ki, AMEA-nın İnformasiya şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Şuşada elmi konfrans adı ilə 470 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək.

Ötən gün yayılan məlumatda bu səfərin AMEA-nın bir neçə institutu tərəfindən təşkil edildiyi iddia edilib. Bu sırada Qafqazşünaslıq İnstitutu, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutunun, həmçinin millət vəkili İsa Həbibbəylinin rəhbərlik etdiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və millət vəkili Musa Quliyevin adları hallanır.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT