hemle

AMEA prezidentinin vəzifəsi bu şəxsə həvalə olunacaq

Tarix:18-02-2022, 15:05
Baxış Sayı:364

Xəbər verdiyimiz kimi, sabah saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bununla bağlı "hemlemedia.az"a açıqlamasında bildirib ki, iclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezindeti Ramiz Mehdiyevin öz müraciəti əsasında vəzifəsindən çıxması məsələsinə baxılacaq.

Onun sözlərinə görə, bu məsələ əvvəl AMEA-nın Rəyasət Heyətində müzakirə olunub və onun müraciətinin qəbul olunması məqsədəuyğun sayılıb. Akademik qeyd edib ki, sabah AMEA prezidentinin vəzifəsinin icrası Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunacaq:

"Nizamnaməyə uyğun olaraq, akademiyanın prezidenti vəzifəsindən getdikdə, seçki keçirilənə qədər onun funksiyalarını birinci-vitse prezident yerinə yetirir. Akademik Arif Həşimov hazırda akademiyanın birinci vitse-prezidentidir və seçkiyə qədər bu funksiyaları o yerinə yetirəcək".

AMEA-ya yeni prezident seçkilərinin nə zaman keçiriləcəyinə gəlincə, İ.Həbibbəyli bu barədə qərar olmadığını bildirib.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı