hemle

Dövlət qulluğu üzrə növbəti imtahan keçiriləcək

Tarix:3-06-2022, 18:34
Baxış Sayı:227

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı iyunun 19-da keçiriləcək.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 3 iyun saat 17:00-dan 15 iyun saat 18:00-dək həyata keçiriləcək.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçuları (10 ildən az qulluq stajı olan dövlət qulluqçuları), onlar daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat almalıdırlar.

Qeyd edilənlərə əsasən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanı üçün test nümunələrinin hazırlanması, test imtahanının təşkili, qiymətləndirmənin aparılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilən “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydaya əsasən test imtahanı dövlət qulluğu vəzifələrinin qrupları üzrə keçirilir.

Həmin Qanununun 28-1.1 və 28.2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq test imtahanları ödənişli əsaslarla həyata keçirilir. İmtahanlarda iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilib.

Müvafiq test imtahanında iştirak edən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli Qərarı ilə müəyyən edilən keçid balını toplayan şəxsə Mərkəz tərəfindən dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat) verilir. Sertifikatda dövlət qulluqçusuna dövlət qulluğunda fəaliyyəti davam etdirmək hüququ verilən vəzifələr müəyyən edilir. Qanunvericiliyə uyğun olaraq sertifikatın qüvvədə olma müddəti beş ildir.

Müvafiq sertifikatı alaraq dövlət qulluğuna qəbul edilən dövlət qulluqçuları dövlət qulluğu vəzifəsində fəaliyyətlərini davam etdirmək üçün qulluq keçdikləri vəzifənin daxil olduğu altqrupu üzrə müvafiq sertifikat almalıdır.

Test imtahanının məzmunu aşağıdakı qaydada müəyyən edilib:

- AB vəzifə qrupuna aid inzibati rəhbər vəzifələr üzrə test imtahanında dövlət qulluqçularının qanunvericilik üzrə bilikləri (30 test tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20 test tapşırığı), dünyagörüşü (10 test tapşırığı), mətn təhliletmə bacarığı (10 test tapşırığı) və rəhbər vəzifələrin icrası üzrə situasiya mühakimə bacarıqları (15 test tapşırığı) yoxlanılır;

- AC vəzifə qrupuna aid inzibati rəhbər vəzifələr üzrə test imtahanında dövlət qulluqçularının qanunvericilik üzrə bilikləri (30 test tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20 test tapşırığı), dünyagörüşü (10 test tapşırığı), mətn təhliletmə bacarığı (10 test tapşırığı) və situasiya mühakimə bacarıqları (15 test tapşırığı, o cümlədən rəhbər vəzifələrin icrası üzrə 7, ümumi xarakterli 8 test tapşırığı) yoxlanılır;

- BA və BB vəzifə qruplarına aid inzibati icraçı vəzifələr üzrə test imtahanlarında dövlət qulluqçularının qanunvericilik üzrə bilikləri (30 test tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20 test tapşırığı), dünyagörüşü (10 test tapşırığı), mətn təhliletmə bacarığı (10 test tapşırığı) və ümumi xarakterli situasiya mühakimə bacarıqları (15 test tapşırığı) yoxlanılır;

- qanunvericilik üzrə bilik səviyyəsi müəyyən edilmiş proqram üzrə hazırlanmış test tapşırıqları əsasında yoxlanılır;

- dövlət qulluqçusunun məntiqi təfəkkürünün səviyyəsi müvafiq proqrama uyğun olaraq hazırlanmış test tapşırıqları əsasında yoxlanılır;

- dövlət qulluqçusunun dünyagörüşünün səviyyəsi ölkədə və cəmiyyətdə baş verən mühüm hadisələrə dair hazırlanmış test tapşırıqları əsasında yoxlanılır. Dünyagörüşü Azərbaycan tarixi, coğrafiya, mədəniyyət və ədəbiyyat sahələri üzrə ümumi bilikləri əhatə edir.

Azərbaycan tarixi üzrə test tapşırıqları qədim dövrlərdən müasir dövrədək xalqımızın dövlətçilik ənənələri, Azərbaycan xalqının təşəkkülü və formalaşması, Azərbaycanın məruz qaldığı yad təsirlər və onlara qarşı mübarizə, tarixi proseslərin gedişində ortaya çıxan dövlət qurumlarımız, milli azadlıq hərəkatı, dövlətçiliyimizin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər, I və II Qarabağ müharibəsi haqqında məlumatları əhatə edir.

Coğrafiya üzrə test tapşırıqları ölkəmizin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında coğrafi bilikləri, insan və təbiətin qarşılıqlı əlaqəsini, qlobal problemlər və bunların Azərbaycana təsiri barədə bilikləri əhatə edir.

Mədəniyyəti əhatə edən test tapşırıqları qədim zamanlardan bu günə kimi mədəniyyətimizin keçdiyi tarixi inkişaf yolunu əhatə edir.

Ədəbiyyatı əhatə edən test tapşırıqları dövlət qulluqçularının müxtəlif ədəbi növdə olan əsərlərin məzmununu, onların xalqımızın inkişafındakı rolunu, taleyüklü hadisə və proseslərə yazıçı mövqeyini özündə əks etdirir.

- dövlət qulluqçusunun mətn təhliletmə bacarıqları verilmiş mətnə dair hazırlanmış suallar əsasında yoxlanılır. Mətn təhliletmə blokunda namizədlərə humanitar, sosial-iqtisadi, elmi-publisistik və s. mövzularda mətnlər və onların əsasında suallar təqdim olunacaq. Bu suallarla dövlət qulluqçusunun ona təqdim olunmuş mətndə verilmiş verbal məlumatları anlamaq, ümumiləşdirmək, mücərrədləşdirmək, mətni məntiqi və tənqidi təhlil etmək, məlumatlardan nəticə çıxarmaq, mətnə əsasən verilmiş mülahizələri (mülahizənin doğruluğunu) qiymətləndirmək bacarıqları yoxlanılacaq. Sualların cavablandırılması zamanı yalnız mətndə əks olunan məlumatlara istinad olunmalıdır.

- situasiya mühakimə testi (SMT) işlə əlaqədar situasiyalarda şəxsin müvafiq davranışı müəyyən etmə qabiliyyətini yoxlayır. Bu testə daxil olan tapşırıqlarda namizədə real, hipotetik ssenarilər təqdim edilir və vəziyyətlə əlaqədar ən səmərəli və ya ən səmərəsiz variantı seçməsi, yaxud verilmiş cavab variantlarının səmərəlilik dərəcəsini müəyyən etməsi tələb olunur.

Test imtahanı proqramları ilə buradan tanış ola bilərsiniz.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test İmtahanında yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar Mərkəzin internet portalında yerləşdirilmişdir.

Əlavə məlumat üçün əlaqə vasətələri

Test imtahanının məzmunu ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1765;1767); e-mail: [email protected], [email protected];

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: [email protected].

Digər xəbərlər
17:47 "Azəriqaz" İB gücləndirilmiş iş rejimində çalışır
09:41 Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini bəyan edib
09:36 Çinin "ÖLÜM ULDUZU" - Yeni silah görün nələrə qadirdir
09:31 ABŞ-ın yeni prezidenti bəlli oldu: Bukmekerlər açıqladı
09:29 Netanyahu ilə bu 3 məsələdə razılaşmadığı üçün qovulub: Qallant detalları açıqladı
09:23 Hansı yuxu sağlam yaşlanma ehtimalını artırır?
09:19 "Instagram"da yenilik: Yeniyetmələr yaşlarını gizlədə bilməyəcəklər
09:15 Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir