hemle

"ATƏT-in Minsk qrupu 30 il ərzində bu problemi həll edə bilmədi" - TBMM sədri

Tarix:17-05-2022, 16:37
Baxış Sayı:165

"Qarabağ, Azərbaycandır. Biz hər zaman Azərbaycana dəstək vermişik, bundan sonra da dəstək olacağıq".

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.

TBMM sədri bildirib ki, bölgədə sülhün olması üçün dəstəyimizi davam etdiririk: "İşğala son qoymaq üçün ATƏT-in Minsk qrupunu yaratmışdılar. 30 il ərzində dünyanın aparıcı ölkələrindən ibarət olan mexanizm bu problemi həll edə bilmədi. Bu regionda yerləşməyən dövlətlərin burada iştirakı problemin həllindənsə, onun dərinləşməsinə səbəb olur. Azərbaycan nümunəsində bunu gördük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu işğala son qoydu. Biz Azərbaycana bu məsələdə hər zaman dəstək olduq. Türkiyə Azərbaycana hüquqi cəhətdən haqlı olduğuna görə dəstək verib".

Digər xəbərlər
12:23 "Azəriqaz" İB-nin baş direktoru Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı