hemle

Sahibə Qafarova türkiyəli həmkarı ilə görüşdü

Tarix:2-06-2021, 16:02
Baxış Sayı:297

İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Pakistanda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Görüşdə beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin dərinləşməsi, parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı iki qardaş ölkənin spikerləri regional əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

TBMM sədri Mustafa Şentop 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.

Milli Məclisin Sədri Sahibə Qafarova öz növbəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı