hemle

Sahibə Qafarova Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşdü

Tarix:7-10-2020, 23:22
Baxış Sayı:508

ATESH,AZ saytı xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova oktyabrın 7-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Spiker Sahibə Qafarova Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Sədr deyib ki, Almaniya Azərbaycanın vacib iqtisadi tərəfdaşlarından biridir. Humanitar, mədəniyyət, təhsil sahəsində münasibətlərin də inkişaf etdiyini söyləyən Sahibə Qafarova 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin də inkişaf etdiyi vurğulanıb.

Səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin həm Azərbaycan hökuməti, həm də parlamenti ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. O deyib ki, Almaniya mövcud olan möhkəm baza üzərində münasibətlərin daha da inkişafında maraqlıdır.

Spiker səfirlə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib.
ATESH,AZ

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı