hemle

Türkiyə Böyük Millət Məclisindən Azərbaycana DƏSTƏK

Tarix:1-10-2020, 17:01
Baxış Sayı:395

ATSH.AZ bildirir. Türkiyədə Yeni Qanunvericilik ili ilə bağlı parlamentdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop nitqində Azərbaycana dəstək mesajı verib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq aləmdə hər zaman hüququn, qanuniliyin tərəfdarı olub:

“Ermənistanın sentyabrın 26-da Azərbaycana hücumları ilə bağlı böyük kədərimizi bildirmək istəyirəm. Şəhidləri rəhmətlə anır və yaralananlara təcili şəfa diləyirəm. Türkiyə haqq mübarizəsində, vətən müdafiəsində bundan sonra da Azərbaycanın yanında olacaq”.

M.Şentop bildirib ki, Türkiyənin dəstəyi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də açıq şəkildə bildirilir.

“Bu qətiyyət sentyabrın 28-də bir daha TBMM-də nümayiş olundu. Ermənistanın işğal etdiyi torpaqları ən qısa müddətdə tərk etməsinin zəruriliyini bir daha ifadə etmək istərdim”, – deyə o bildirib.

Digər xəbərlər
19:13 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
13:01 Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı
12:58 “ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO
12:50 "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ
12:47 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
12:43 Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq
12:39 Sənan Mehdiyevin həbs müddəti uzadıldı
12:33 Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?