hemle

"Ermənistanı bu da qurtara bilməyəcək..." - Ərdoğandan sərt sözlər

Tarix:1-10-2020, 16:33
Baxış Sayı:368

Dağlıq Qarabağı işğal edən ermənilərin Azərbaycana hücumu ilə döyüşlər başlayıb. Buradan bir daha azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarıını azad etmə və Vətənlərini qoruma mücadilələrində yanlarında olduğumuzu bildirmək istəyirəm. Xüsusilə Minsk qrupu həmsədrləri deyilən ABŞ, Fransa və Rusiyanın 30 ilə yaxındır bu məsələyə laqeyd qalması nəticəsində baş verən bu geriyədönməz proseslər fonunda atəşkəsə çağırış etmələri hər şeydən öncə qəbul ediləcək bir şey deyil.

ATSH.AZ bildirir. Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində bir qədər öncə etdiyi çıxışı zamanı bildirib.

O qeyd edib ki, daha bir şey istənilirsə o zaman işğalçıların bu torpaqlardan çıxmaları gərəkdir:

“Bəli, bir milyon kvadret kilometrlik ərazidən ayrılmış olan azərbaycanlı qardaşlarımız hazırda torpaqlarına dönəcəkləri günü gözləyir, onun həsrəti içərisindədirlər. Buna kimsə yanaşmır. Öncə bir dəfə bunu masaya yatırmaq lazımdır. Biz bunları cənab Putinlə də, cənab Makronla da danışdıq.

Amma elə oturdular, danışdılar, nəticə isə yoxdur. İndi nəticə zamanıdır. Azərbaycanlı qardaşlarımız də taleyüklü addım atdılar. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağı işğalına və gerçəkləşdirdikləri qətliamlara kor, kar və lal qalanların bu gün nümayiş etdirdikləri tövr də ikiüzlülükdür”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, işğalçılara səssiz qalıb Vətənlərini müdafiə edənləri və onların yanında yer alanları ittiham edənlərin sözünün bizim nəzərimizdə qiyməti yoxdur: "Türkiyə olaraq özümüzü “bir millət, iki dövlət” olaraq gördüyümüz azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və bütün qəlbimizlə dəstək verməyə davam edəcəyik”.

Türkiyə Prezidenti bildirib ki, bu bölgədə davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir:

“Ermənistan rəhbərliyini hər şeyi bir kənara qoyub israrla Türkiyəyə iftira atması da qurtara bilməyəcək”.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı