hemle

Bakıda 2 polisi güllələyən şəxs həbsxanada öldü

Tarix:10-05-2022, 18:40
Baxış Sayı:251

2014-cü ildə Bakıda 2 nəfəri gülləyərək öldürən, daha 2 şəxsi isə odlu silahla yaralayan Gülağa Lətifov həbsxanada vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, həmin cinayətə görə ömürlük azadlıqdan məhrum edilmiş G.Lətifov Penitensiar Xidmətin Müalicə Müəssisəsində uzun sürən xəstəlik səbəbindən ölüb.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov 2014-cü il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin ərazisində qanunsuz kafe tikmək istəyərkən münaqişə baş verib. Bu zaman o, qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.

Hadisə zamanı güllə yarası alan Akif Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavini, Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşı olub.

Bu hadisədən 7 il sonra isə, daha dəqiq desək ötən ilin noyabrında Gülağa Lətifovun oğulları - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi: 41 ünvanında yerləşən kafenin qarşısında bıçaqla Fərid Əliyev və İrşad Əliyev adlı şəxsləri bıçaqlayıblar. Nəticədə 21 yaşlı Fərid ölüb, onun dostu İrşad isə xəstəxanaya yerləşdirilib.

G.Lətifovun oğulları hazırda həbsdədir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ