hemle

DİN-dən qardaşın bacısını güllələməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Tarix:8-04-2022, 11:33
Baxış Sayı:191

Sumqayıtda qardaş odlu silahla bacısına xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.

***00:30

Sumqayıtda güllələnmə hadisəsi olub.

hemlemedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Corat qəsəbəsində M.M. bacısı R.Ə.-yə odlu silahdan atəş açıb.

Döş qəfəsi nahiyəsindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

İlkin məlumata görə, hadisə namus üstündə olub. Belə ki, bir müddət əvvəl R.Ə. həyat yoldaşını ataraq başqasına qoşulub qaçıb. Bundan xəbər tutan qardaşı onu öldürmək qərarına gəlib və məlum hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir