hemle

"Metrix.az" layihəsinin təqdimat mərasimi keçirildi - FOTOLAR

Tarix:29-04-2022, 13:33
Baxış Sayı:217

Aprelin 29-da Medianın İnkişafı Agentliyinin (MEDIA) təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması - “Metrix.az” layihəsinin təqdimat mərasimi keçirilib.

MEDIA-nın İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb.

Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.

Medianın İnkişafı Agentliyinin onlayn media və rəqəmsal marketinq üzrə eksperti Fəxri Eminov media təhlili platforması - “Metrix.az” layihəsinə dair təqdimatla çıxış edib.

Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.

Tədbir panel müzakirələrlə davam edib.

"Metrix.az" layihəsinin təqdimat mərasimi keçirildi - FOTOLAR

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir