hemle

Əhməd İsmayılov Əl-Cəzirənin nümayəndəsi ilə görüşdü

Tarix:3-08-2021, 17:22
Baxış Sayı:348

Medianın İnkişafı Agentliyində Azərbaycanda səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl-Hacc ilə görüş keçirilib.

Agentlikdə verilən məlumata görə, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonağa qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

O, Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzivə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl Cəzirə Media Şəbəkəsinin Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda keçirilən təlim proqramının əhəmiyyətini qeyd edib.

Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl – Hacc isə əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verdiyini bildirib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir