hemle

Mən Türkəm

Tarix:17-12-2019, 14:35
Baxış Sayı:687

TÜRKƏM MƏN!

Səmada parlayan yıldız
Kainata işıq saçan Günəşəm mən.
Tanrının bəğş etdiyi zirvədə
Azad ruham - Türkəm mən!

Tanrı dağı müqəddəs məkanım
Göy üzü bayrağım, bələdçim Börüdür.
Amalı Turan, yolu Qızıl alma olan
Azad ruham – Türkəm mən!

Öksökö rəmzim oldu,
Sağ qanatı Günəşi, solu Ayı örtər
Haqqın, ədalətin dünyada dayağı olan
Azad ruham – Türkəm mən!

At beli beşiyim
Laylam Vətən oldu
Təbiətə nəfəs verən
Azad ruham-Türkəm mən!

Bir əlində qılınc, obirində qələm tutan
Dosta can, düşmənə ölüm verən
Tanrının qamçısıyam
Azad ruham-Türkəm mən!

Qafqazlardan Altaylara,
Altaylardan Kainata
Dünyaya ədalət gətirən
Azad ruham-Türkəm mən!

Sadiqəm dədələrimə,
Dünyada haqqın səsiyəm.
Məzluma qalxan, namərdə qılınc vuran
Azad ruham-Türkəm mən!

Qoy agah olsun hər kəs
Türksüz dünya bir heçdir.
Əzəldən Tarixin yazdığı,
Azad ruham-Türkəm mən!

Cavid İsmayıl.
Bakı, 16.12.2019

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam