hemle

SON DƏQİQƏ! 15 idmançımız xəstəxanaya YERLƏŞDİRİLDİ

Tarix:26-04-2022, 13:42
Baxış Sayı:217

Göygöldə 15 idmançı qidadan zəhərlənib.

Rayon Prokurorluğundan Sfera.z-a bildirilib ki, aprelin 25-də Göygöl Mərkəzi Xəstəxanasından 15 nəfərin dəqiqləşdirilməmiş "qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Qida Təhlükəsizliyi Agentliyi Göygöldə zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlayıb.

Qurumdan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi