hemle

MƏŞHUR QIRĞIZ BƏSTƏKARI "İSSIK-KULA ARZUM" ŞEİRİNƏ MAHNI DA BƏSTƏLƏYİR

Tarix:30-09-2019, 16:54
Baxış Sayı:775

MƏŞHUR QIRĞIZ BƏSTƏKARI "İSSIK-KULA ARZUM" ŞEİRİNƏ MAHNI DA BƏSTƏLƏYİR
Bacarıqlı, istedadlı, işgüzar, mehriban, sadə, olduqca kübar bir xanım kimi təkcə Azərbaycanda deyil, xarici ölkələrdə belə yaxşı tanınan Leyla xanım Əliyevanın doğma Vətən naminə gördüyü önəmli işlərin doğurduğu əks-sədalar çox böyükdür. Çox gənc olmasına baxmayaraq, möhtəşəm layihələrə imza atması və o işlərin öhdəsindən layiqincə gəlməsi, onun genindən gələn fitri istedadından xəbər verir. İctimai xadim kimi də özünü yaxşı tanıdan Leyla xanım Əliyevanın Azərbaycan naminə xarici ölkələrdə gördüyü böyük işlərin yetərincə olması da, onun bu istedadının nəticəsidir. O, hansı ölkədə işgüzar səfərdə olursa, orada əbədi xatırlanası bir armağan qoyur -- Qırğızıstandakı kimi!". Məlumatda daha sonra qeyd olunur ki, Leyla Əliyevanın elm aləmində “Mərkəzi Asiyanın Atlantidası”, “Böyük İpək Yolunun açılmamış sirri” adlandırılan, öz dərinliklərində qədim şəhər və qalaların sirrini saxlayan, Çingiz xanın qəbrini belə öz dərinliklərində gizlətdiyi ehtimalını yaradan, üstəlik Qırğızıstanın incisi sayılan İssık-Kul gölünə həsr etdiyi "İssık-Kula arzum" şeiri Dünya Azərbaycanlıları və digər Türkdilli Xalqları İttifaqının sifarişi ilə, qırğız və Azərbaycan dillərinə tərcümə edilib: "Şeiri Qırğızıstanın sabiq dövlət katibi və fövqəladə və səlahiyyətli səfir, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Osmonakun İbraimov tərcümə edib. Leyla xanım Əliyevanın bu şeiri, şeirə Osmonakun İbrahimovun özünün yazdığı rəylə birlikdə, Qırğızıstanın milli informasiya agentliyi olan "Kabar"da və ən çox oxunan "Akipress" portalında, o cümlədən dövlətin rəsmi qəzeti "Erkin Too"da dərc olunub. Onu da qeyd edək ki, Osmonakun İbraimovun "Çingiz Aytmatov imperiyanın axırıncı yazıçısıdır" kitabı da, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə, azərbaycan dilinə tərcümə edilib. Xatırladaq ki, Dünya Azərbaycanlıları və digər Türkdilli Xalqları İttifaqının və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Qırğızıstandakı fəal diasporçumuz Nüsrət Məmmədovdur. Onun sifarişi ilə, Leyla xanım Əliyevanın bu şeirinə Qırğızıstanın məşhur bəstəkarlarının biri mahnı da bəstələyir. Rus, Azərbaycan və qırğız dillərində ifa ediləcək həmin mahnının təqdimatına, Qırğızıstandakı diaspor təşkilatlarımızın xətti ilə, Leyla xanımın özünün də dəvət olunması planlaşdırılır". Şeir artıq rus dilindən Azərbaycan dilinə də tətcümə edilib. Azərbaycan dilinə şeiri şair – publisist Süleyman Əlisa tərcümə etmişdir. Təşkilatçılar güman edir ki şeirə bəstələnən mahnının təqdimatı Qırğızıstan Azərbaycan mədəni əlaqələrinin inkişafında müstəsna rol oynayacaqdır. Məlumat müəllifi xüsusi olaraq onu vurğulayır ki, ulu öndərin möhtəşəm məktəbindən bəhrələnən, Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ailəsində, ölkənin birinci xanımı Mehriban Əliyevanın gözəl analıq qayğısı və tərbiyəsi ilə böyüyən belə bir xanım haqqında danışmaq elə də asan deyildir. Çünki bir çox ictimai işlərdə fəal iştirak edən Leyla xanım Əliyeva, milli dəyərlərimizdən ruh alıb, gördüyü bütün işlərində bir Azərbaycan adı, bir yurd sevgisi yaşadır, öz gözəl insani xüsusiyyətləri və bacarığı ilə, gəncliyə səslənən bir varlığa çevrilir: "Leyla xanım Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda, onun neçə-neçə möhtəşəm layihələrə imza atdığını görür və bu sahədə çox böyük işlər gördüyünün şahidi oluruq. Bu layihələrin mahiyyəti və layihə çərçivəsində keçirilən tədbirlərin möhtəşəmliyi bir daha sübut edir ki, onların keçirilməsində əsas məqsəd vətənpərvərliyin və dövlətçiliyin gənclər arasında təbliğ olunmasıdır. Məhz buna görə də, gənclərimizin istedadından, bacarığından və fəallığından söhbət düşəndə, ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın adı birinci çəkilir. Ona görə ki, Leyla xanım hər atdığı addımında ailəsinin şərəfini qorumağa və daha fəal olmağa çalışır. Təbii ki, belə bir nəslin, ailənin nümayəndəsi başqa cür ola da bilməz. Onun həyata keçirdiyi bütün layihələrin uğurlu alınmasında, təbii ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük dəstəyi vardır. Elə, buna görə də, bu gənc qızın belə böyük layihələri gerçəkləşdirməsi onun inanılmaz, heyrətamiz uğurlarının başlanmasından xəbər verir. Onun təşkil etdiyi tədbirlər, o tədbirlərdəki çıxışları, söylədiyi nitqləri hər bir təbəqənin nümayəndələrinin marağına səbəb olur, əks-səda doğurur. Elə, onun "İssık-Kula arzum" şeiri də, həmin əks-sədaların bir nümunəsidir!".
Nüsrət Məmmədov.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ