hemle

Azərbaycanda bu tarixdən maska rejimi LƏĞV OLUNUR

Tarix:19-04-2022, 13:10
Baxış Sayı:187

Artıq bir aya yaxındır ki, Azərbaycanda maska rejiminin və quru sərhədlərinin açılması ilə bağlı müzakirələr gedir.

Pandemiya ilə bağlı son günlərin statistikası da bu qadağaların ləğvi ilə bağlı münbit şərait yarandığını göstərir. Bu barədə hətta Milli Məclisdə deputatlar da müxtəlif bəyanatlarla çıxış edirlər.

hemlemedia.az Bizim.Media-ya istinadən bildirir ki, may ayının 1-dən Azərbaycanda maska rejiminin ləğv edilməsi ilə bağlı qərar veriləcək.

Bununla bağlı aprel ayının sonlarında Operativ Qərargahın iclasının keçiriələcəyi də bildirilir.

Millət vəkili Rəşad Mahmudov qərarın hazırlanması ilə bağlı müəyyən dairələrdə müzakirələrin aparıldığını mətbuata açıqlayıb.

Mütəxəssislər pandemiya ilə bağlı ölkədə təhlükənin sovuşduğunu, sadəcə insanların bəzi ehtiyat tədbirlərinin görülməsi zərurəti qaldığını bildirilər. Buna da şəxsi gigiyena və bəzi proflaktik tədbirlər aiddir.

Yəni, adi qripdə olduğu kimi, sadəcə imuniteti yüksək tutmaq, xəstəlik simptopları olan adamlarla ünsiyyətdən uzaq durmaq lazımdır.

Qərarın nə vaxt veriləcəyi yaxın günlərdə bəlli olacaq. Məsələni dəqiqləşdirmək üçün Operativ Qərargaha ünvanladığımız sualın cavabı olan kimi diqqətinizə çatdıracağıq.

Digər xəbərlər
10:09 Xalq artisti Aygün Səmədzadəyə vəzifə verildi
10:05 Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu
10:02 “Starlink”in daha 26 internet peyki orbitə çıxarıldı
09:59 Məhərrəm ayının başlamasına az qalıb: toylar artdı, qızıl bahalaşdı
09:57 "Bu sülh şansını əldən vermək olmaz” - Ərdoğan
17:40 Taksilərdə yeni tələblər - Dəyişikliklər var
17:37 Onlar ölkədən çıxa bilməyəcək
17:35 Pensiya alanların nəzərinə - Dəyişiklik edilir