hemle

İYUN AYINDA KARANTİN REJİMİ LƏĞV EDİLƏCƏK? – AÇIQLAMA

Tarix:20-05-2020, 18:28
Baxış Sayı:450

Xəbər verdiyimiz kimi Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Əgər bu dinamika davam etsə, iyun ayında karantin rejimi ləğv edilə bilərmi?

ONN media xəbər verir ki, bununla bağlı danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejimin ləğvi barədə danışmaq tezdir:

“Sadəcə yumşaldılması və uzadılması mümkündür. Çünki bu hal dünyəvidir. Biz karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik. Ümumiyyətlə sərhədlərin açılması bizim maraqlarımıza uyğun deyil.

Çünki bu virusa tutulan insan ölkəmizə gələrək yenidən koronavirusun Azərbaycanda alovlanmasına səbəb ola bilər.
Bu baxımdan da biz daxildə karantin rejimini yumşaldıb və ya sərtləşdirə bilərik. Karantin rejiminin ləğvi qeyri-sağlam addımdır. Biz bunu qorumalıyıq. Əgər bu gün yollar bağlıdırsa, bu, insanlarımızın sağlamlığının xeyirinədir. Amma müəyyən məsələlərdə yumşalma barədə düşünmək olar”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:19 Sabah 33 dərəcə isti olacaq
14:13 Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var