hemle

Medvedev rus mədəniyyətinin boykot edilməsini tənqid etdi

Tarix:12-04-2022, 12:54
Baxış Sayı:210

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrində rus mədəniyyəti və incəsənətinin boykot edilməsini sərt sözlərlə tənqid edib.

O, bu barədə açıqlama yayıb. "Rus mədəniyyətinin ləğvi hazırda Qərbdə bir tendensiyadır" ifadələrini işlədən Medvedev bu vəziyyəti “tibbi problem” kimi qiymətləndirib.

"Dostoyevski, Çexov, Sostokoviç və Puşkinin xaric edilməsi indi klinik zövqə çevrilib", - Medvedev yazıb.

“Rusiyanın bu axmaqlara qarşı dünyaya qapanmayacağını” bildirən Medvedev, Avropa, Cənubi Amerika , Asiya və Afrikanın bir çox ölkələrinin Rusiyanın mədəniyyət məhsullarına böyük əhəmiyyət verdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl Qərbdə rus incəsənətinin “ləğv mədəniyyətini” tənqid edərək, “Qərb Çaykovski və Raxmaninov kimi adları ləğv etməyə çalışır” demişdi.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir