hemle

Metroda foto-video çəkmək niyə qadağandır? - RƏSMİ

Tarix:8-04-2022, 12:04
Baxış Sayı:238

"Metropolitendən istifadə qaydalarında video-foto çəkmək qadağası rəsmən qoyulub və səbəblər çoxdur".

“Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qadağanın səbəblərini açıqlayıb.

Bildirib ki, əsas nəqliyyat vasitəsidir ki, bu da sərnişini mənzil başına zamanında çatdırmaqdan ibarətdir:

"Sərnişinin rahat və təhlükəsiz daşınması isə ən əsas vəzifələrdir. İndi təsəvvür edin ki, metroda şəkil çəkməyə qadağa yoxdur. Hərə əlinə bir mobil cihaz alacaq, şəkil çəkəcək - eskalatorun qarşısında, üstündə, aşağı meydançada, orta zalda çəkəndə qatardan sərnişinlər axınla düşüb çıxmaq istəyəndə, ya da elə stansiya yolunda. Ən maraqlı şəkil də qatar stansiyaya girəndə çəkiləcək. Hələ mən bəy-gəlin, nə bilim filankəsin ad günü foto-videosessiyalarını demirəm. Bunlar məsələnin hələ cüzi, məhz cüzi bir qismidir.

İndi özünüzə sual verin: qadağa götürülsə, sizə və ya tanıdığınız başqa birinə metro işçisi, ya polis "burada şəkil çəkməyin, sərnişinlərə mane olursunuz" deyəndə, nə edəcəksiniz? İnanıram ki, özünüzə obyektiv cavab verəcəksiniz. Yaxud da başqa bir sərnişin "burada şəkil çəkmə, mənə mane olursan" desə və "əcəb edirəm" cavabını alıb mübahisə yaransa, nə baş verəcək.

İndi deyin, bu olmayacaq yəni? İnsanyönümlü şəhər hər şeyin hər-kəsin istədiyi kimi olması, yaxud demokratiya "ürəyim istəyir, edirəm" prinsipi ilə olmamalıdır. Bu saat bir-iki misal çəksəm, əməlli mübahisələr qızşacaq. Bir anlıq düşünək, bu foto-video qadağası götürülsə və metro işçisi kimdənsə, sərnişin təhlükəsizliyinə mane olmamağı tələb etsə, nə baş verəcək?! Metro işçisinin vəzifəsi sərnişin təhlükəsizliyini maksimum təmin etməkdir. Buna görə işçilərin nə qədər əzab-əziyyətlə qarşılaşdığını da düşünək. Hələlik qadağa qüvvədə qalsa, yaxşıdır"

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ