hemle

Azərbaycanda polis arvadını döydüyünə görə İŞDƏN ÇIXARILDI

Tarix:6-04-2022, 09:33
Baxış Sayı:200

Bakıda keçmiş polis əməkdaşı arvadını restoranın qarşısında döyüb.

hemlemedia.az report-a istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci il oktyabrın 30-da Nizami rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb.

Belə ki, polis serjantı olmuş V.M (ad, soy adı şərti) restoranın qarşısında həyat yoldaşı L.M (ad, soy adı şərti) ilə əvvəl şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, qəsdən əlinin içi ilə qadının baş və sifət nahiyələrinə zərbələr vurub. Nəticədə L.M-in burunu sınıb.

Hadisədən sonra qadının şikayəti əsasında V.M saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə V.M 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

Qeyd edək ki, polis nəfəri olmuş V.M hadisədən sonra işdən azad olunub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir