hemle

Rusiyalı hərbçilər Çernobılda radiasiyaya məruz qalaraq xəstəxanalıq olublar

Tarix:2-04-2022, 15:57
Baxış Sayı:279

Martın 31-i “AFP” və “CNN” kimi bir sıra dünya KİV-i Rusiya qoşunlarının Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının ərazisini tərk etdiyini yazıb. Rusiyalı hərbçilər müharibənin ilk günü, yəni fevralın 24-ü Çernobıl AES-ə nəzarəti ələ keçirmişdi.

hemlemedia.az Ukrayna mediasına istinadən xəbər verir ki, AES-in ərazisini tərk edən rusiyalı hərbçilərin Belarusla sərhədə tərəf getdiyi qeyd olunub.

Rusiyalı hərbçilərdən ibarət iki kolonun Belarusla sərhədə yollandığını yayan qurumlar arasında Ukraynanın “Enerqoatom” şirkəti də olub. Şirkət iddia edir ki, Çernobılda olan rusiyalı hərbçilər “Qırmızı meşə” adlanan ərazidə xəndək qazdıqlarından yüksək dozada radiasiyaya məruz qalıblar. Bildirilir ki, “Qırmızı meşə” adlı ərazi Çernobılda radiasiyanın təsirinə ən çox məruz qalmış hissələrdən biri hesab olunur.

Bununla yanaşı, Belarus teleqram kanallarında yayılan məlumata görə, içərisində rusiyalı hərbçilər olan bir neçə avtobus ölkənin Qomel şəhərindəki şüadan müalicə mərkəzinə gəlib.

Rusiya Müdafiə Nazirliyi hələlik bu barədə açıqlama verməyib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) isə Çernobılda rusiyalı hərbçilərin şüalanmaya məruz qalması barədə məlumatının olmadığını bildirib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ