hemle

Ukrayna əsgərlərinin Çernobıla yerləşdirilməsi QALMAQAL YARATDI

Tarix:24-01-2022, 12:48
Baxış Sayı:229

ABŞ-da çıxan “New York Times” qəzeti Rusiya və Belarusun Ukraynaya qarşı artan müharibə təhlükəsinə qarşı sərhədə yerləşdirilən əsgərlərlə bağlı məqalə dərc edib.

hemlemedia.az xəbər verir ki, qəzet əsgərlərin dünyanın ən ölümcül nüvə fəlakətinə səbəb olan Çernobılda yerləşdirildiyini və bu vəziyyətin ciddi risklər daşıdığını iddia edib.

Nəşrin məlumatına görə, Rusiyadan Ukraynanın paytaxtı Kiyevə gedən ən qısa yol ən pis nüvə fəlakətinə səbəb olan Çernobıldan keçir.

Bildirilib ki, Ukrayna müdafiə etməyi düşündüyü bu əraziyə əsgərlər toplayıb və ordusunu radioaktiv əraziyə yerləşdirməyə məcbur edib. Bu vəziyyət ölkədə müzakirələrə səbəb olub.

Ukraynanın sərhəd mühafizə xidmətinin polkovnik-leytenantı Yuri Şaxrayçuk, “Buranın çirkli olması və ya burada heç kimin yaşamamasının fərqi yoxdur. Bu, bizim regionumuzdur, bizim ölkəmizdir və biz onu müdafiə etməliyik. Biz sərhəddəki vəziyyətlə bağlı məlumat toplayırıq və onu Ukrayna kəşfiyyat orqanlarına ötürürük”, - deyə açıqlama yayıb.

Həmçinin bildirilib ki, Ukrayna hökuməti Belarusla gərginliyin artması səbəbindən reaktordan kilometrlər uzaqda əlavə qüvvələr yerləşdirib.

Çernobıl zonası Belarus sərhədindən Kiyevə qədər ən qısa yolda yerləşən təxminən min kvadrat kilometr ərazini əhatə edir. Bataqlıq və sıx meşəlik olduğundan bu, işğalın ən çox ehtimal olunan yolu olmasa da, Ukrayna bu ehtimalı istisna etmir.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq